Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Albanian Daily News" qəzeti yazıb.
Meyitləri tapılan turistlər Rusiya vətəndaşları olduğu bildirilib.
"Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb" – deyə polis idarəsinin yaydığı məlumatda qeyd olunub.
Bizim.Media