Ukraynalı jurnalist Yuri Butusov Zelenskini Kremlin agenti sayır. Onun fikrincə, Zelenski milli maraqların ticarətilə məşğuldur. Bununla da Zelenski Putinin diqqətini özünə çəkmək istəyir.
Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, bunları deyən Butusov Zelenskinin Baydenə şillə vurduğu iddiasındadır.
Jurnalist bunu antikorrupsiya üzrə prokurorun seçilməsilə bağlı müsabiqənin baş tutmaması ilə əlaqələndirib:
"ABŞ və Avropa İttifaqı bu uğursuzluğu qınayıb".
Jurnalistin sözlərinə görə, baş verən beynəlxalq qalmaqal Ukraynaya qarşıdır.
Bizim.Media