İngiltərədə Mühafizəkarlar Partiyasından olan millət vəkili Devid Amess hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, Esseks bölgəsində seçiciləri ilə görüş zamanı naməlum şəxs ona bir neçə bıçaq zərbəsi endirib.
Xəstəxanaya çatdırılan 69 yaşlı deputatın həyatını xilas etmək mümkün olmayıb.
Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber millət vəkilinin öldürülməsini faciə adlandırıb.
Bizim.Media