İranın “Press TV “ telekanalının “İnstaqram” sosial şəbəkəsindəki rəsmi hesabı bağlanıb.
Bizim.Media “İRNA” agentliyinə istinadən xəbər verir ki, telekanlın hesabının oktyabrın 8-dən bloklanmasının səbəbi bilinmir.
Qeyd edək ki, daha öncə “Press TV”-nin “Facebook” və “Youtube” sosial şəbəkələrindəki hesabları da qapadılmışdı.
Bizim.Media