Almaniya kansleri Angela Merkel sabah Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, səfər kanslerin dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq.
A.Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Libiya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.
Bizim.Media