Livanın paytaxtı Beyrutdakı atışmada ölənlərlə bağlı sabah ölkədə matəm elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş naziri Nəcib Mikat qərar imzalayıb.
Matəm günündə bütün özəl və dövlət qurumları bağlanacaq.
Qeyd edək ki, "Haraket Amal" partiyasının tərəfdarları oktyabrın 14-də Beyrutda etiraz aksiyası keçiriblər. Onlar ötən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.
Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.
Bizim.Media