Hindistanın Kerala bölgəsində yaşayan P. Sorac (27) adlı şəxs həyat yoldaşı Otranı (25) yatağına zəhərli kobra ataraq öldürüb.
Bizim.Media xəbər verir ki, məhkəmə nadir üsuldan istifadə edən 27 yaşlı əri edama məhkum edib.
Araşdırma nəticəsində məlum olub ki, Sorac daha əvvəl də həyat yoldaşını ilanla öldürməyə cəhd edibmiş.
Bir dəfə uğursuz olan Sorac ikinci dəfə internet üzərindən 1300 dollara kirayələdiyi zəhərli hind kobrasını Otra yatarkən üzərinə atıb. Öldürülən qadının ailəsi, kürəkəninin bu qətli tamah məqsədilə törətdiyini iddia edib.
Xatırladaq ki, son 15 ildə Kerala bölgəsində kobra sancmasından ölüm faktına rast gəlinməyib.
Bizim.Media