Dünyanın ən sürətli mesajlaşma sistemi olan “Whatsapp” istifadəçilərin səsli mesajlara nəzarət imkanlarını artırmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “WaBetaInfo” məlumat yayıb.
Bildirilib ki, “WhatsApp” tezliklə səsli mesaj göndərərkən fasilə funksiyasını tətbiq edə bilər. Bu, səsli qeydlərin yazılması prosesində əhəmiyyətli keyfiyyət artımı kimi dəyərləndirilə bilər.
Hazırda istifadəçilərin səsli qeydlərlə bağlı iki seçimi var: qismən tamamlanmış səsli yaddaşı silmək və ya göndərmək.
Yeni funksiya isə səsi dayandırıb sonar yenidən davam etmək şansı yaradacaq.
Bizim.Media