Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı juranlistin verdiyi suala cavab verməməyi üstün tutub.
Bizim.Media xəbər verir ki, Rusiya dövlətinin başçısı CNBC telekanalına müsahibəsi zamanı varis məsələsinə münasibət bildirib.
"Bu mənim ənənəvi cavabımdır. Növbəti seçkilərə hələ çox var. Bu mövzuda danışıqlar vəziyyəti gərginləşdirir. Vəziyyət sakit və sabit olmalıdır ki, bütün səlahiyyətlilər, bütün dövlət strukturları inamla çalışsınlar və sakitcə məsələyə baxsınlar”, deyə Putin qeyd edib.
Rusiya lideri özünün ikinci müddətə namizəd olmaq hüququnu xatırladıb və vurğulayıb ki, hələlik bununla bağlı qərar verilməyib.
Bizim.Media