Türkiyədə şagirdləri daşıyan iki avtobus qəzaya uğrayıb.
Bizim.Media "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib.
Hacı Bektaş Vəlinin vəfatının 750-ci ili münasibətlə keçiriləcək yürüşə qatılmaq üçün 81 vilayətdən gələn şagirdləri daşıyan iki avtobusun düşdüyü qəzada 44 nəfər yaralanıb.
Yaralılardan 39-unun şagird olduğu bildirilir.
Avtobuslardan biri evakuatorla toqquşub, arxadan gələn digər avtobusun sürücüsü qəzadan yayınmaq istəyərkən manevr edib və bu zaman maşın aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib, hadisə ilə bağlı araşdırma başlandı.
Bizim.Media