Türkiyənin Van şəhərində İranın casus şəbəkəsi ifşa edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Kəşfiyyat Təşkilatı (MİT) polislə birlikdə əməliyyat keçirib.
Əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.
Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.
Bizim.Media