Qazaxıstanda yeni layihə həyata keçirilib. Qatarlarda qadın vaqonları fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Rail-news.kz” nəşri yayıb.
Mənbə yazır ki, pilot layihədə iki sərnişin qatarı (Almatı-Ust-Kamenogorsk və Almatı-Mangistau) iştirak edir. Yeddi yaşadək olan oğlanlar istisna olmaqla kişilərin bu cür vaqonlara daxil olmasına icazə verilmir.
Xarici görünüşündən və qiymət baxımından bu vaqonlar digərilərindən fərqlənmir.
Tələb olarsa, qadın vaqonlarının başqa istiqamətlərdə də işə salınacağı qeyd edilib.
Bizim.Media