ABŞ-ın Milli Kosmik və Aviasiya Agentliyi (NASA) Marsın kosmik həyata ev sahibliyi etdiyinə dair fotoları paylaşıb.
Bizim.Media xəbər verir ki, agentlik Marsda qurumuş bir çayın fotosunu çəkib.
Alimlər bunu “bənzəri görünməmiş informasiya nöqtəsi” adlandırıb.
Massaçusets Texnologiya Universitetinin alimləri Marsdakı sellərə nəyin səbəb olduğunu bilməsələr də, güclü yağış və ani buz əriməsinin səbəb olduğunu istisna etmirlər.
Bizim.Media