Moskvada 34 yaşlı qadın iki uşağı ilə birgə çoxmərtəbəli binanın pəncərəsindən yerə atılıb. Nəticədə hər üçü dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Mash Telegram kanalı yayıb.
Mənbə yazır ki, uşağın birinin 3, digərinin 1 yaşı olub.
Hadisə Levoberejnaya küçəsində baş verib. Əraziyə İstintaq Komitəsinin və Prokurorluğun nümayəndələri gəlib.
Özünü uşaqlarla birlikdə 19-cu mərtəbədən atan moskvalı qadının həyat yoldaşı hərbçidir. Levoberejnayadakı ev Müdafiə Nazirliyinə məxsusdur. Qadının əri hazırda evdədir və müstəntiqlərə ifadə verir.
Bizim.Media