Moskvadakı Bolşoy teatrın səhnəsində aktyor ölüb.
Bizim.Media xəbərə verir ki, faciəli hadisə “Sadko” operasının nümayişi zamanı tamaşaçıların gözü qarşısında olub.
İlkin məlumatlara görə, axşam tamaşası zamanı dekorasiya kişi aktyorun boynuna düşüb. Bundan sonra pərdə dərhal bağlanıb və fasilə elan edilib.
Ölən aktyorun 37 yaşı olduğu bildirilir. Onun adı və soyadı isə açıqlanmayıb. (Lent.az)
Bizim.Media