Türkiyə hüquq-mühafizə orqanları casusluqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatına istinadən RİA Novosti agentliyi məlumat yayıb.
Belə ki, CNN Türk-ə görə, xüsusi əməliyyat İstanbul və Antalyada keçirilib. Şübhəlilərin xarici vətəndaşlara hücum planlaşdırdıqları və məxfi məlumatlar əldə etməyə çalışdıqları iddia edilir.
Bu vətəndaşlar Türkiyəyə daxil olduqdan dərhal sonra izlənilib. Məlumatda deyilir ki, axtarış zamanı onlardan silah, elektron daşıyıcılarda olan sənədlər və Rusiya pasportları tapılıb.
Bu pasportların həqiqi və ya saxta olub-olmadığı hələ məlum deyil.
Bizim.Media