Qazprom” "Şimal axını 2" -nin erkən işə salınması naminə süni yanacaq çatışmazlığı yaratmaqla bağlı fırıldaqçılıqla ittiham olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb.
Radioya danışan analitklər hesab edirlər ki, “Qazprom” Avropa bazarında yaranan qaz çatışmazlığının Avropa Birliyini (AB) "Şimal axını 2" üzrə sertifikatlaşdırma prosesini sürətləndirməyə məcbur edəcəyini gözləyir.
AB -nin Rusiya qazından həddən artıq asılılığı isə Kremlə bu məsələdə Avropa ölkələrini şantaj etməyə imkan verir.
Buna baxmayaraq, hazırda “Şimal axını 2” nin buraxılışını dayandırmağın və ya gecikdirməyin mümkün olmadığı da qeyd olunur.
Xatirə, Bizim.Media