İranda qadınlara yeni qadağalar qoyulub.
Bizim.Media xəbər verir ki, yeni qərarla qadınların ekran önündə pizza və sendviç yeməsi yasaqlanıb.
Bundan başqa, televiziyada qadınların dəri əlcək geyinməsi və qırmızı rəngli içkilər içməsi də qadağan olunub.
İş yerlərində kişilərin qadınlara çay verdiyi səhnələr yasaqlanıb.
Qeyd olunub ki, İran televiziyasında “əxlaqsız mesajlara” ehtiyac yoxdur.
Bizim.Media