İranda çörəyin qiyməti yenidən bahalaşıb.
Bizim.Media xəbər verir ki, Kerman vilayətinin Ticarətçilər Palatasının rəisi Yusif Cəfəri 40 faizə qədər bahalaşmanın İranın bütün bölgələrində müşahidə edildiyini deyib.
Onun sözlərinə görə, bu il çörəkxanlarda çalışan işçilərin maaşları 39 faiz artıb. Bu, çörəkxanaların xərclərinə təsir etdib.
Qeyd edək ki, İranda inflyasiyanın 60 faizə yaxın olduğunu bildirilir. Bu baxımdan son bir ildə ərzaq məhsullarının qiymətlərində ciddi artım var.
Oral Mədənçi, Bizim.Media