Rusiyada saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tass” məlumat yayıb.
Bildirilib ki, Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 14-ə yüksəlib. 8 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.
Xatırladaq ki, bir neçə insanın saxta spirtli içkidən zəhərlənməsi hadisəsi oktyabrın 6-da qeydə alınıb.
Bizim.Media