Ötən həftə Rusiyada ikinci dəfə göydən müəmmalı şəkildə ölü quşlar yağıb.
Bizim.Media xəbər verir ki, bu hadisə Qara dəniz sahilində yerləşən ölkələrdə, xüsusən də Türkiyədə qorxu yaradıb.
Hətta sosial mediada yeni bir epidemiya yayıldığı iddia edilib.
İğdır Universiteti Quş Mərkəzinin direktoru, professor Əmrah Çəlik, bu vəziyyətin yeni bir virusun yayılmasına səbəb ola biləcəyi düşüncəsinin ciddiyə alınmalı olduğunu deyib:
“Bunun səbəbini ortaya çıxarmaq üçün fərqli elm sahələrindən olan tədqiqatçıların mövzu ilə əlaqədar detallı araşdırmalar aparması vacibdir”.
Qeyd edək ki, Qaradəniz və Azov dənizinin qərbində yerləşən Sıvaş və Arabat Oxu gölü sahillərində təxminən 8 min ölü quş cəsədi aşkarlanıb.
Oral Mədənçi, Bizim.Media