Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 194 min 692 nəfərə çatıb.
Bizim.Media "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 486 min 829 nəfərdir. İndiyədək 44 milyon 442 min 109 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Bizim.Media