Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə əldəqayırma partlayıcı qurğu ilə partladılıb.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Hadisə nəticəsində iki nəfər yaralanıb.
Qeyd olunub ki, hücumun hədəfi, diplomatik korpusa məxsus olan avtomobilin qarşısında hərəkət edən və içərisində Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin hərbçiləri olan avtomobil olub.
Bizim.Media