AŞPA-nın avstriyalı deputatı Stefan Şenak "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda aparılan müzakirələr zamanı Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.
Bizim.Media xəbər verir ki, deputat bunları deyib:
“Biz Ermənistanı mina xəritələrini geri verməyə çağırırıq. Sazişdən sonra xeyli vaxt keçsə də, biz minaların mülki şəxsləri öldürməyə davam etdiyinin şahidi oluruq".
Stefan Şennak, həmçinin tərəfləri əsirlərin mübadiləsinə də çağırıb.
Bizim.Media
