Rusiya Prezidenti Vladimir Putin ölkədə bir subyekt başçısının prezident statusuna malik olduğu bölgələrin xüsusiyyətlərinə anlayışla yanaşır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlama verərək "Rusiyada yalnız bir prezident vəzifəsi olmalıdır" deyib.
"Ancaq eyni zamanda bəzi bölgələrin özünəməxsusluğu var" deyən Peskov Tatarıstanın adını çəkib.
“Lakin gələcəkdə bu məsələdə yekdil qərara gəlmək lazımdır” deyə Peskov fikrini yekunlaşdırıb.
Bizim.Media