"ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması tələsik və nəticəni düşünmədən verilən qərar olub".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Təəssüf ki, Əfqanıstandan qoşunların geri çəkilməsi düşünülmədən verilən qərar olub. Orada çoxlu silah qaldı, bu silahların qeyri-konstruktiv məqsədlər üçün istifadə edilməyəcəyinə əmin olmaq lazımdır", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artıb.
Bizim.Media