"Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriyada terrorçularla müxalifət arasındakı fərqi müzakirə edəcək".
Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki liderin görüşünün mövzularından birini açıqlayıb.
"Məlum olduğu kimi, prezidentlər İdlibin de-eskalasiya zonasında terrorçularla mübarizə haqqında razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər", - nazir qeyd edib.
Bizim.Media