Fransanın 5 nazirinin telefon danışıqları “Pegasus” casus proqram təminatı vasitəsilə dinlənildiyi üzə çıxıb.
Bizim.Media xəbər verir ki, 2019-2020-ci illərdə Fransanın 5 nazirinin telefon danışığının “Pegasus” vasitəsilə izlənildiyini Fransa təhlükəsizlik xidməti müəyyənləşdirib.
Telefon danışıqları dinlənilən hökumət üzvlərinin kim olduğu bəllidir.
Bunlar Təhsil naziri Jan-Mişel Blanker, İnkişaf naziri Jaklin Qur, indiki Kənd təsərrüfatı naziri (2020-ci ildə şəhər və yaşayış təsərrüfatı naziri), Yaşayış tikililəri naziri (2020-ci ildə ekologiya nazirliyi yanında dövlət katibi) və Dənizlər arxası ərazilər üzrə nazir Sebastyan Lekornüdür.
Bizim.Media