Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Həlak olanların və yaralıların hamısı hərbçilərdir.
Partlayışa görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.
Bizim.Media