"BP" neft şirkəti Böyük Britaniya hakimiyyətini yük maşını sürücülərinin çatışmaması səbəbindən 1,2 min yanacaqdoldurma məntəqəsində benzin və dizel yanacağı tədarükünü azaltmağa başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədəxarici mətbuatda məlumat yayılıb.
Bildirilir ki, vəziyyət çox çətindir və təcili həll tələb edir. Ölkənin benzin defisiti riski ilə üzləşməməsi üçün "BP" şirkəti hökumətdən xarici sürücülərin işə götürülməsini sadələşdirməyi xahiş edir.
Bizim.Media