Fransa prezidenti Emanuel Makron və amerikalı həmkarı Cozef Bayden telefon danışığı aparıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat verib.
Liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər.
Danışıqlar zamanı iki dövlət başçıları, həmçinin, Avstraliya, İngiltərə və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.
Bizim.Media