Rusiya prezidenti Vladimir Putin Perm Universitetindən qətliam törədən 18 yaşlı Timur Bekmansurovu zərərsizləşdirən kiçik leytenant Konstantin Kalinini "Cəsarət" ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, tələbələrin evakuasiyanı təşkil edən baş leytenant Vladimir Makarov isə "İctimai asayişin qorunmasında fərqlənməyə görə" medalını alıb.
Bizim.Media