Xarkov və Sumskaya bölgələrində fəaliyyət göstərən iş adamlarının Azərbaycana sayca 3-cü səfəri təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, səfər Ukraynanın Xarkov şəhərindəki Azərbaycanın fəxri konsulluğunun təşəbbüsü ilə yaxın zamanlarda baş tutacaq.
Səfərlərin təşkil edilməsində başlıca məqsəd Azərbaycanın müxtəlif bölgələri ilə bir başa iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasına nail olmaqdır.
Ukrayna nümayəndə heyyətinin tərkibinə böyük sənaye müəssisələrini və ali məktəb nümayəndələri də daxil olacaq.
Bizim.Media