Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Serger Şefirə qarşı sui-qəsd törədilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "strana.ua" saytı yayıb.
Qeyd olunur ki, Şefirin özü xəsarət almasa da, şəxsi sürücüsü güllə yarası alıb.
"Şefirə atəş açdılar. Sürücü üç güllə aldı. İndi ağır vəziyyətdə reanimasiyadadır. Şefir sağdır, yaralı deyil", - qəzet adı çəkilməyən mənbəyə istinadən yazır.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Şefir “Kvartal 95” studiyasında Zelenski ilə ortaqdır və onun uzun müddətli dostudur.
Bizim.Media




