Dünyanın bir çox ölkələrində tvitterin işində nasazlıqlar müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.
Problemlərdən ən çox ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Fransadan olan istifadəçilər şikayət edirlər.
Şəbəkəyə qoşulmaqda və mobil tətbiqin işləməsində problem mövcuddur.
Bizim.Media