Vaşinqtonun cənub-şərqində baş verən atışma nəticəsində 13 yaşında yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" informasiya dərc edib.
Naməlum şəxs Alabama prospektində bir ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb.
Nəticədə 5 nəfər güllə yarası alıb. Onlardan üçü xəstəxanaya aparılıb, qalan ikisinə ilkin tibbi yardım göstərilib.
Bizim.Media