Ərəb Parlamenti növbəti sessiyasında Ərəb Qadın Parlamentariləri Forumunun təsis edilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədəxarici media məlumat yayıb.
Forumun təsis edilməsindən əsas məqsəd ərəb ölkələrində qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini istiqamətində mexanizmlərin, qanunvericilik aktlarının işlənib hazırlanmasıdır.
Ərəb Parlamentinin nəzdində fəaliyyət göstərəcək yeni strukturun beynəlxalq qadın təşkilatları və ayrı-ayrı ölkələrin parlamentlərinin qadın üzvləri ilə geniş əməkdaşlığı da nəzərdə tutulur.
Bizim.Media