Rusiyalı aparıcı Dmitriy Kiselyov COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, Kiselyov bu səbəbdən Rusiyanın birinci kanalında bazar günü efirə çıxan “Vesti Nedeli” proqramını apara bilməyəcək.
Bu onun 10 illik efir karyerasında ilk belə haldır.Bazar axşamı yayımda Kiselyovı TV aparıcı İqor Kojevin əvəzləyəcək.
Xatırladaq ki, Kiselyov “RIA Novosti”yə açıqlamasında vaksin vurdurduğunu və temperaturunun aşağı düşdüyünü bildirib.
Rus aparıcı koronavirusu yüngül keçirmək üçün vaksin vurdurmağın vacib olduğunu bildirib, əks halda onun da vəziyyəti ağır olarmış.
Bizim.Media