Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin "San-Paulu" komandasından ayrılıb.
Bizim.Media xəbər verir ki, klubun rəsmi saytı 38 yaşlı müdafiəçinin məvacibi gecikdiyi üçün bu addımı atdığını yazıb.
Klubla yeni müqavilə barəsində danışıqlardan imtina edən təcrübəli oyunçu özünə yeni komanda axtarmağa başlayıb.
Qeyd edək ki, karyerasına ölkəsinin "Baiya" klubunda başlayan Daniel Alveş dünyanın ən titullu futbolçusudur.
O, müxtəlif komandaların - Müdafiəçi İspaniyada "Sevilya", "Barselona", İtaliyada "Yuventus", Fransada isə PSJ - heyətində ümumilikdə 46 titul qazanıb.
Bizim.Media