ABŞ virusoloqları, koronavirusun mu və lambda variantlarının delta ştamı qədər yoluxucu olmadığını bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Belə ki, ABŞ-ın Xərçəng Xəstlikləri Araşdırma Mərkəzinin virusoloqu Fred Hatçinson məsələ ilə bağlı açıqlamasında “Heç bir ştam delta variant ilə müqayisə oluna bilməz”, - deyə bildirib.
Qeyd edək ki, son dönəmlərdə Azərbaycanda koronavirusa yoluxmaların artmasına əsas səbəb kimi də mütəxəssislər məhz delta ştamını göstərirlər.
Bizim.Media