“Vahid Rusiya” partiyasının millət vəkilləri pedofiliyaya görə ömürlük həbs cəzasının genişləndirilməsi ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edəcək.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət zorakılıqla, ağır nəticələrlə əlaqəli olduqda və ya iki və ya daha çox uşağa qarşı törədildikdə ömürlük həbs cəzası verilməsi təklif olunur.
Ömürlük həbs cəzası təyin etmək üçün qurbanların yaşının 18 ilə qaldırılması da təklif olunur. Hazırki qanuna əsasən, bu qərar yalnız qurban 14 yaşına çatmadığı halda verilə bilər.
Bizim.Media