“Microsoft” şirkəti yeni məhsulu olan “Windows 11” ilə “Windows 10” arasındakı fərqləri ictimaiyyətə açıqlayıb.
Bizim.Media xəbər verir ki, optimallaşdırmalar sayəsində “Windows 11” üçün yeniləmələrin çəkisi azalıb.
Şirkətin vitse-prezidenti Steve Dispensa, korporasiyanın mühəndislərinin yaddaş idarəçiliyinə diqqət yetirərək əməliyyat sistemini optimallaşdırmaq üçün böyük işlər gördüklərini də qeyd edib.
Həm də yeni mühərrik mexanizmi sayəsində əməliyyat sistemi istifadəçinin hərəkətlərinə köhnəsindən daha sürətli reaksiya verir.
Bundan əlavə, daha yaxşı yaddaş idarəçiliyi üçün hardware komponentlərini optimallaşdırılıb.
Şirkətin vitse-prezidenti yeni nəsil “Windows”un prossesor və yaddaş ehtiyatlarına da 32-37% həcmində qənaət etdiyini sözlərinə əlavə edib.
Bizim.Media