Hindistanın Hərbi Dəniz Qüvvələrinin MiQ-29K təlim-məşq qırıcısı Ərəb dənizi üzərində qəzaya uğrayıb.
Bizim.Media xəbər verib ki, bu barədə “Times of India”ya nəşri xəbər yayıb. Təyyarə “Vikramaditya” aviadaşıyıcısından havaya qalxıb. Qeyd edilib ki, bir pilot tapılıb, ikincisinin axtarışı isə davam edir.
Hindistan Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı istintaqa başlayıb. Hadisənin səbəbləri ilə bağlı heç bir məlumat verilməyib.
Bizim.Media