Uzun müddət komada qalan əfsanəvi Formula 1 pilotu Mixail Şumaxerdən xəbər var.
Bizim.Media xəbər verir ki, pilotun həyat yoldaşı Korinna Şumaxer Fransanın “Tele-Louisirs” televiziyasına onun durumu haqda məlumat verib.
“Müalicə davam edir. Mixailin vəziyyətinin normallaşması üçün hər şeyi edirik. O, hər zaman bizi qorudu, indi də biz onu qoruyuruq”, -deyə Korinna bildirib.
Xatırladaq ki, 7 qat dünya çempionu 2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılaraq başını daşa çırpdıqdan sonra uzun müddət komada qalıb.
Bizim.Meda