Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması ilə ölkədə ümumi seçkilər keçirməyi planlaşdırır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın yeni Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsi məlumat verib.
Belə ki, Taliban rəsmisi “Əfqanıstanda geniş cəmiyyəti əhatə edəcək ümumi seçkilərin keçirilməsi planlaşdırılır.
Biz əhalinin ən geniş təbəqələrini, “Taliban” üzvü olmayan istedadlı insanları cəlb etməyə çalışırıq”, - deyə qeyd edib.
Qeyd edək ki, Taliban sentyabrın 7-də yeni hökumətin tərkibini dünya ictimaiyyətinə açıqlayıb.
Bizim.Media