Pakistanın Əfqanıstanla sərhədində terrorçular tərəfindən quraşdırılmış əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə Pakistan ordusunun iki əsgəri həlak olub.
Bizim.Media xəbər verir ki, “Dawn” qəzeti partlayışın iki ölkə sərhədində yerləşən Şimali Vəziristan əyalətində baş verdiyini yazıb.
Bildirilir ki, insident Dossali rayonunda ərazinin minalardan təmizlənməsi zamanı qeydə alınıb.
Bizim.Media