İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərində həbsxanada baş vermiş yanğın nəticəsində azı 41 nəfər həyatını itirib.
Bizim.Media “CNN Indonesia” telekanalına istinadən xəbər verir ki, 79 yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Həbsxana binasında yanğın çərşənbə gününə keçən gecə başlayıb, hazırda alov söndürülüb. Penitensiar müəssisədən təxliyyə həyata keçirilib.
Baş verən hadisə ilə əlaqədar istintaq başladılıb.
Bizim.Media