Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.
N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb.
Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.Qeyd edək ki, aktyor qlaukoma xəstəliyindən əziyyət çəkirdi.
Bizim.Media