Sentyabrın 5-də hərbçilər tərəfindən saxlanılan Qvineya Prezidenti Alfa Konde aclıq elan edib.
Bizim.Media Avropa mətbuatına istinadən xəbər verir ki, bu barədə Kondenin başçılıq etdiyi Qvineya Xalqının Birləşməsi partiyasının rəsmi nümayəndəsi portala deyib:
"Hazırda əsas narahatlığımız prezidentin sağlamlığıdır. Dövlət başçısının səhhəti hər gün pisləşir".
Partiya funksioneri qeyd edib ki, partiya bürosu vəziyyəti qiymətləndirmək üçün yaxın günlərdə bir araya gələcək.
Bizim.Media