"Apple" sentyabrın 14-də yeni məhsullarının təqdimatını keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Belə ki, gələn həftə yeni bir "iPhone" modeli, eləcə də "MacBook Pro", "iPad", "Apple Watch" və "AirPods"un yenilənmiş versiyalarının təqdimatı planlaşdırılır.
Pandemiya səbəbindən yeni məhsulların təqdimatı şirkətin saytında onlayn yayımlanacaq.
Bizim.Media